Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Təhsil hüququ (2)

30.05.2025

Təhsilalanların hüquqları aşağıdakılardır:

— şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

— müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək); 

— müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək; 

— dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;

— dövlət və bələdiyyə ümumi təhsil və peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;

— təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

— təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;

—  təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək;

— ödənişsiz psixoloji yardım almaq;

— bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək;

— qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.