Şriftin ölçüsü :
Saytın rəngi :
İdarə və şöbələr:
1. Bakı şəhər prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi
İdarə Bakı şəhərinin daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların eyni cür, dürüst icra və tətbiqinə nəzarət edir, bu sahədə yol verilən qanun pozuntularını vaxtında aşkar edib onların aradan qaldırılması üçün tədbirlər görür, daxili işlər orqanlarına törədilən və hazırlanan cinayətlər barədə daxil olmuş ərizə və məlumatların qəbulu, qeydə alınması, baxılması zamanı qanunun tələblərinə əməl olunmasına nəzarət edir.
Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində aparılan yoxlamalar, araşdırmalar və qəbul edilmiş qərarların qanuniliyinə nəzarət edir, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin vəziyyətini ümumiləşdirir, prokuror nəzarətinin təkmilləşdirilməsi və hüquq pozuntularının qarşısının alınması üçün tədbirlər həyata keçirir.
Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrası ilə əlaqədar tabe prokurorların fəaliyyətinə nəzarət edir, yoxlamalar aparır, aşkar edilmiş qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər görür, onlara metodiki və əməli köməklik göstərir, bu sahədə Baş prokurorun və Bakı şəhər prokurorunun əmr, sərəncam və göstərişlərinin icrasını təmin edir.
İdarəyə rəis rəhbərlik edir. İdarənin strukturuna böyük prokuror-metodist, böyük prokuror və prokurorlar daxildilər.
2. Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsi
Şöbə cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası cPM-nın müddəalarının düzgün icrası və tətbiqinə, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər müraciətlərin Bakı şəhərinin rayon prokurorluqlarında qəbulu, qeydiyyatı və həll edilməsində qanunlara riayət olunması vəziyyətinə müntəzəm nəzarəti həyata keçirir. Törədilmiş və hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər müraciətlərə baxır, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlanılması haqqında məsələ qaldırır, ibtidai araşdırmanın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin edir.
Şöbə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların araşdırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, əməlin tövsifi, cinayət törətmiş şəxsin axtarışı, ittiham aktının məzmunu, qərarların qəbul edilməsi, habelə istintaq və ya digər prossesual hərəkətlərin aparılması barədə müstəntiqə yazılı göstəriş, qəbul olunmuş qərarların qanuniliyi və əsaslığı barədə rəy vermək, qanunsuz və əsassız qərarları ləğv etməklə, əlavə araşdırma təyin etmək, yaxud cinayət işi başlamaq haqqında qərar qəbul edilməsi barədə məsələ qaldırmaq və digər vəzifələri həyata keçirir.
Şöbəyə rəis rəhbərlik edir. Şöbənin strukturuna böyük prokuror və prokurorlar daxildirlər.
3. Bakı şəhər prokurorluğunun sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsi
Şöbə Bakı şəhər prokurorluğuna daxil olmuş ərizə, şikayət və təkliflərin, cinayət işlərinin, materialların və digər sənədlərin qeydiyyatını, uçotunu, baxılmasını, aidiyyəti üzrə göndərilməsini və bu sahədə işin təkmilləşdirilməsini təmin edir, vətəndaşların müraciətlərinə baxılmasını həyata keçirir, Bakı şəhər prokurorluğunda vətəndaşların qəbulunu təşkil edir.
Bakı şəhər prokurorluğuna nəzarətlə daxil olan ərizə və şikayətlərin nəzarət vərəqələrinin qeydiyyatı, lokal şəbəkənin yaradılması və fəaliyyət göstərməsi, ərizə və şikayətlərin kompyuter bazasına yerləşdirilməsini təmin edir.
Şöbə xidməti sirrin yayılmaması, məxfi kargüzarlıq və arxiv işinin qanunvericiliyə müvafiq qaydada aparılmasını təmin edir.
Şöbəyə rəis rəhbərlik edir. Şöbənin strukturuna böyük prokuror və prokurorlar daxildirlər.
4. Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsi
Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Konstitsiyası, «Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunları ilə prokurorluq orqanlarına aid edilmiş vəzifələrin həyata keçirilməsini təşkilati cəhətdən təmin edir. Şəhər prokurorluğunun strukturuna ştat vahidlərinin ümumi sayına dair təkliflər hazırlayıb şəhər prokuroruna təqdim edir, əməliyyat müşavirələrinin keçirilməsini təşkil edir.
Bakı şəhər prokurorluğunun əməliyyat müşavirələrinin iclaslarında müzakirə olunmaq üçün prokurorluğun fəaliyyət istiqamətləri üzrə yarımillik və illik fəaliyyətlərini ümumiləşdirir, prokuror nəzarətinin təkmilləşdirilməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi üçün təkliflər hazırlayıb şəhər prokuroruna təqdim edir.
Baş prokurorun və Bakı şəhər prokurorun göstərişi ilə şəhər prokurorluq orqanlarının işçilərinin fəaliyyətinin yoxlanılmasını təşkil edir, onların barəsində xidməti yoxlama aparır.
Təşkilat və icraya nəzarət şöbəsi şəhər prokurorluğun yarımillik və illik iş planlarının layihələrini tərtib edərək onların vaxtında və keyfiyyətli icrasına nəzarət edir, prokurorluq orqanlarında statistik uçot və hesabat üzrə işləri təşkil edir və prokuror nəzarətini təkmilləşdirmək üçün tədbirlər hazırlayır.
Bakı şəhər prokurorluğunun idarə və şöbələri ilə birlikdə şəhər prokurorluğu orqanlarında icra və xidməti intizamının vəziyyətini təhlil edir, onun möhkəmləndirilməsi üçün tədbirlər görür.
Şöbəyə rəis rəhbərlik edir. Şöbənin strukturuna böyük prokuror və prokurorlar daxildirlər.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı