Şriftin ölçüsü :
Saytın rəngi :
Cavab: Prokurorluq orqanlarında qulluğa qəbul qanunvericiliyə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir.
Cavab: Müsabiqə Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifəsinə yararlı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilir. (Əsasnamənin 1.2-ci bəndi)
Cavab: “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq, prokurorluq orqanlarında müvafiq vakant ştat vahidləri olduqda ildə bir dəfədən az olmamaq şərti ilə işə qəbulla əlaqədar müsabiqə elan edilir. (Əsasnamənin 1.3-cü bəndi)
Cavab: Müsabiqə elan edildikdə prokurorluqda qulluğa qəbul olunmaq arzusunda olan şəxs həmin elandakı tələblərə uyğun olduğu halda Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilmiş formada ərizə ilə müvafiq sənədləri də əlavə etməklə elektron qaydada Baş Prokurorluğa müraciət edir. (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 4.2-ci maddəsi, “İşin Təşkili Qaydaları”nın 125.1-ci bəndi)
Cavab: Bəli, müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyən şəxsin ali hüquq təhsili olmalı və bu, Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməlidir. (“Prokurorluq haqqında” Qanunun 29-cu maddəsi, “İşin Təşkili Qaydaları”nın 125.3.5-ci bəndi )
Cavab: Bəli, prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar. (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32-ci maddəsi)
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- 3x4 sm və 4x6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil.
Digər sənədlər namizəd müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət əldə etdikdən sonra təqdim edilir. (“İşin Təşkili Qaydaları”nın 125.3-cü, 128.13-cü bəndləri)Cavab: Prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz. (“Prokurorluq haqqında” Qanunun 30-cu maddəsi)
Cavab: Müsabiqədə iştirak etmək istəyən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla, dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. (“Prokurorluq haqqında” Qanunun 29-cu maddəsi)
Cavab: ikili vətəndaşlığı olan şəxslər;
digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
din xadimləri;
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı adı ilə bir araya sığmayan hərəkətlərinə görə vəzifədən azad edilmiş şəxslər;
qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar. (“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi)
Cavab: Bu vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmasını ehtiva edir. Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər. (Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01.08.2003-cü il tarixli Qərarı)
Cavab: Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. (“Dini etiqad azadlığı haqqında” Qanunun 4.1.2-ci maddəsi)
Cavab: Bəli, müvafiq qanunvericilikdəki prokurorluqda qulluğa qəbulla bağlı nəzərdə tutulmuş digər tələblər də nəzərə alınmaqla, qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər müsabiqədə iştirak üçün müraciət edə bilər. (“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi)
Cavab: Bəli, müvafiq qanunvericilikdəki prokurorluqda qulluğa qəbulla bağlı nəzərdə tutulmuş digər tələblər də nəzərə alınmaqla, qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər müsabiqədə iştirak üçün müraciət edə bilər. (“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi)
Cavab: Müsabiqənin başlanması və sənədlərin qəbuluna dair məlumat rəsmi mətbuatda dərc olunur. (Əsasnamənin 3.1-ci bəndi)
Cavab: Müsabiqədə iştirakla bağlı ilkin mərhələdə;
- Ərizə;
- şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- ali təhsil barədə diplomun və diploma əlavənin (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomun Azərbaycan Respublikasının ərazisində tanınması barədə şəhadətnamənin) notariat qaydasında təsdiq olunmuş surəti;
- tərcümeyi-hal;
Cavab: Müsabiqə ixtisas imtahanlarından (test imtahanı və yazılı imtahan) və müsahibədən ibarətdir. (Əsasnamənin 1.2-ci bəndi)
Cavab: Test imtahanı 100 sualdan ibarətdir və imtahanın yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar. (“İşin Təşkili Qaydaları”nın 128.44-cü bəndi)
Cavab: Test imtahanında təqdim edilən 100 sualın 80-i hüquq sahəsinə, 20 sual isə namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi bilik səviyyəsini müəyyən edən suallara aiddir. (“İşin Təşkili Qaydaları”nın 128.27-ci bəndi)
Cavab: Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər hüquqi aktların siyahısı imtahan gününə ən azı bir ay qalmış dərc edilir. (“İşin Təşkili Qaydaları”nın 128.24-cü bəndi)
Cavab: Test imtahanının nəticələri kütləvi-informasiya vasitələrində elan edilir. (“İşin Təşkili Qaydaları”nın 128.45-ci bəndi)
Cavab: Bəli. Test imtahanının nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində Baş Prokurorluğun Müsabiqə Komissiyasına müraciət edə bilər. Komissiya məsələni ərizəçinin iştirakı ilə araşdırır və ona müvafiq izah verir. Şikayətlər üzrə Komissiyanın qərarı qətidir. (“İşin Təşkili Qaydaları”nın 128.46-cı, 128.47-ci bəndi)
Cavab: Yazılı imtahan namizədin müvafiq qanun və ya digər normativ hüquqi aktı tətbiq etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə keçirilir. Namizədlər sualları (hüquqi kazusları) cavablandırarkən müvafiq qanunun məzmununu kifayət qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər. (“İşin Təşkili Qaydaları”nın 128.48-ci bəndi)
Cavab: Yazılı imtahanın nəticələri mediada elan edilir. (“İşin Təşkili Qaydaları”nın 128.54-cü bəndi)
Cavab: Bəli. Yazılı imtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində Baş Prokurorluğun Müsabiqə Komissiyasına müraciət edə bilər. Komissiya məsələni ərizəçinin iştirakı ilə araşdırır, yazılı imtahanın nəticəsi düzgün qiymətləndirildikdə və ya balların düzgün hesablanmadığı aşkar edildikdə bu barədə müvafiq qərar qəbul etməklə ərizəçiyə yazılı cavab verir. Şikayət üzrə Komissiyanın qərarı qətidir. (“İşin Təşkili Qaydaları”nın 128.55-ci bəndi)
Cavab: Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Baş prokurorunun müəyyən etdiyi qaydada yoxlanılır. (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi)
Cavab: Namizədlərin prokurorluqda işləmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə ixtisas imtahanlarından keçid balı toplamış şəxslərlə müsahibə keçirilir. (“İşin Təşkili Qaydaları”nın 128.57-ci bəndi)
Cavab: Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük verilir. (“İşin Təşkili Qaydaları”nın 128.64-cü bəndi)
Cavab: “Prokurorluqda qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş şəxslər prokurorluğa qulluğa qəbul edilirlər. (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 4.4-1-ci maddəsi, “İşin Təşkili Qaydaları”nın 128.68-ci bəndi )
Cavab: Namizədin müsabiqədə əldə etdiyi nəticə ləğv olunur. (“İşin Təşkili Qaydaları”nın 128.69-cu bəndi)
Cavab: Əgər namizəd müsabiqə üzrə müraciətlə əlaqədar qeydiyyatdan keçərkən müəyyən etdiyi şifrəni unutmuşdursa, hr@prosecutor.gov.az elektron poçt ünvanına adı, soyadı, atasının adını, əlaqə telefon nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinə aid məlumatları (FİN və seriya nömrəsini) qeyd etməklə müraciət göndərərək yeni şifrə əldə edə bilər.
Cavab: Bəli, ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilmiş və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən şəxslər prokurorluğa işə qəbul edilə bilərlər. (“İşin Təşkili Qaydaları”nın 125.3.5-ci bəndi)
Cavab: Xeyr, prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı Azərbaycan Respublikasının vətəndaşları ola bilər. (“Prokurorluq haqqında” Qanunun 29-cu maddəsi)