Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlamışdır. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında" fərman dövlətin bu sahədə strateji kursunu müəyyən etmişdir. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" konvensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası"na qoşulmuşdur. Bununla yanaşı, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır. 2008-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair" Dövlət Proqramı çərçivəsində milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilən Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binası da bu sırada mühüm yer tutur.
Baş prokuror Zakir Qaralov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçısına məlumat verən baş prokuror Zakir Qaralov bildirdi ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının inşasına 2010-cu ilin avqustunda başlanmış və tikinti işləri uğurla başa çatdırılmışdır. Bununla yanaşı, ərazidəki digər binalarda yenidənqurma işləri aparılmış, ətrafda yaşayan insanların istirahətinin təşkili məqsədi ilə yeni park salınmış, yaşıllıq zolaqları genişləndirilmiş, fəvvarələr quraşdırılmışdır.
Yeni binada yaradılan şəraitlə tanışlıq zamanı qeyd olundu ki, burada müxtəlif rəssamların əl işlərindən ibarət əsərlər nümayiş olunur. Birinci mərtəbədə müasir Azərbaycanı tərənnüm edən, paytaxtımızın rəmzinə çevrilən memarlıq nümunələrinin əks olunduğu böyük mozaik pannolar vardır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuş, korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ hüquqi aktlar, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, prokurorluğun inkişafını əks etdirən sənədlərdən ibarət guşələr ya
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı