Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası prokurorluq orqanlarının əməkdaşlarına
Hörmətli prokurorluq əməkdaşları və veteranları!
Sizi Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
1918-ci il oktyabrın 1-də Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə əsası qoyulmuş milli prokurorluq orqanları mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçmişlər. Xalq Cümhuriyyətinin süqutundan sonrakı 70 il ərzində Azərbaycan Prokurorluğu Sovet İttifaqının dövlət siyasətini həyata keçirməsinə baxmayaraq, təşkilati cəhətdən mühüm dövlət strukturu kimi təşəkkül tapmış, milli kadrlarımız böyük təcrübə və yüksək peşə hazırlığı əldə etmişlər.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün doğurduğu siyasi-iqtisadi tənəzzül, separatist meyillərin güclənməsi və səriştəsiz idarəçilik dövrünü yaşayan dövlətimiz vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Yaranmış cəzasızlıq şəraiti nəticəsində cinayətkarlıq görünməmiş vüsət almış, insanların hüquq və azadlıqlarının pozulması kütləvi hala çevrilmişdi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər nəticəsində ölkəmizdə dövlət çevrilişləri cəhdləri, vətəndaş müharibəsi və separatizm təhlükəsi aradan qaldırılmış, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik təmin edilmiş, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanmışdır.
Zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq, ölkəmizdə prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş vermiş, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir.
Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar. Prokurorluğun bu xidmətlərini və keçdiyi tarixi yolu nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyev hər il oktyabrın 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü elan etmişdir.
Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Hörmətli prokurorluq əməkdaşları və veteranları!
Sizi bir daha 90 illik yubileyiniz münasibətilə təbrik edir və hər birinizə şərəfli işinizdə uğurlar arzulayıram.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dövlət quruculuğu sahəsində davam etdirilən islahatlar və ölkəmizin cinayət hüquq sisteminin inkişafı demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun işinin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edir.
Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. 2009-2011-ci illər üçün dövlət büdcələrinin layihələri hazırlanarkən bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsi üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, cinayət işləri üzrə ibtidai istintaqın aparılmasında, cinayətlərin açılmasında və məhkəmədə dövlət ittihamının müdafiəsində yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif edilsinlər:
"Azərbaycan Bayrağı" ordeni ilə:
Usubov Rüstəm Sabir oğlu - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Vəliyev Xanlar Rüstəm oğlu - Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru
Seyidov Əziz Cəfər oğlu - Bakı şəhər prokuroru
Əliyev Kamran Bayram oğlu - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Hacıyev Ruslan Müzəffər oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi
Adıgözəlov Şirxan Yusif oğlu - Bakı şəhəri Səbail rayon prokuroru
"Dövlət qulluğunda fərqlənməyə görə"medalı ilə:
Abdinov Sabir Məzlumağa oğlu - Füzuli rayon prokuroru
Abdullayev Yusif Abdulla oğlu - Ordubad rayon prokuroru
Bəyalıyev Bulud İbrahim oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi
Əkbərov Ələkbər Məhərrəm oğlu - Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinin böyük prokuror-kriminalisti
Əliyev Mahir Bəhlul oğlu - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin böyük prokuroru
Əliyev Vüqar Nürəddin oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini - Mətbuat xidmətinin rəhbəri
Əsgərov Azər Əsgər oğlu - Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi
Həsənəliyev Fazil Əsgər oğlu - Bakı şəhər prokurorunun birinci müavini
İbayev Pərviz Mansur oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi
İsmayılov Behbud İsmayıl oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə Baxılması İdarəsinin rəisi
İsmayılov Rahil Əliş oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru
Mahmudov Fikrət Ağa oğlu - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi
Mehdiyev Əmrah Allahverdi oğlu - Qarabağ hərbi prokuroru
Məlikov Rasim Hacıbala oğlu - Xaçmaz rayon prokuroru
Məmişov Niyaz Balaca oğlu - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi
Nəsibov Vüqar Məsim oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi
Novruzov Allahverdi Culovxan oğlu - Şəmkir rayon prokuroru
Sadiqov Əli Həsən oğlu - Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi
Səfərov Qurban Naib oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi
Şirinov Ceyhun Böyükkişi oğlu - Bakı şəhəri Sabunçu rayon prokuroru
Şükürov Çingiz Fərman oğlu - AzərbaycanRespublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru
Yusifov Abdulla Əhməd oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəis müavini - Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi
Yusifov Qibləli Sefil oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Əsgərov Namiq Əli oğlu - Azərbaycan Respublikası Baş prokurorunun müavini
Şahverdiyev Səbuhi Zəhmət oğlu - Naxçıvan Muxtar Respublikasının prokuroru
2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Abbasov Nazim İsa oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi
Cəfərov İlqar Xanlar oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi
Əhmədov Eldar İbad oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi
Qılıcov Kamal Səyad oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
Sultanov Müqəddəs Hətəm oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun ədliyyə və vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi
Talıbov Məhərrəm Yusif oğlu - Naxçıvan Muxtar Respublikası prokurorunun müavini
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Hüquqi biliklərin təbliğində və hüquq mədəniyyətinin yüksəldilməsində, prokurorluq orqanlarının fəaliyyətinin işıqlandırılmasında fərqləndiklərinə görə, Azərbaycan prokurorluğunun yaranmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına fəxri adlar verilsin:
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı:
Əfəndiyev Eldar Məmməd oğlu- Azərbaycan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı:
Qonaqova Əntiqə Gülməmməd qızı - Azərbaycan Respublikası Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Baş Prokurorluğu
S Ə R Ə N C A M
â„–_10/22______
«15» may 2008-ci il Bakı şəhəri
Azərbaycan Respublikasının milli prokurorluğunun sivil və demokratik məzmunlu bir qurum kimi tam yenidən formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin 26 aprel 2000-ci ildə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, Dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün hüquq-mühafizə orqanlarına, o cümlədən, prokurorluğa daim dövlət səviyyəsində diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər fəaliyyətimizin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.
Müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin tarixi reallığı bərpa edən və milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən tarixi bir hadisədir. Həmin sərəncama müvafiq olaraq cari ilin oktyabr ayının 1-də onuncu dəfə prokurorluğun peşə bayramı və milli prokurorluq orqanlarının yaradılmasının 90 illiyi qeyd ediləcəkdir.
Azərbaycan Respublikası milli prokurorluq orqanlarının yaradılmasının 90 illiyinin qeyd edilməsi ilə əlaqədar zəruri tədbirlərin müəyyənləşdirilməsi, «Azərbaycan Respublikası Prokurorluğu orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə dair Dövlət Proqramı»nın layihəsi ilə əlaqədar təkliflərin işlənilib hazırlanması üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:
Sədr:
Namiq Əsgərov - Baş prokurorun müavini
Üzvlər:
Əzizağa Həsənov - Təşkilat-analitik idarəsinin rəisi;
Bəhruz Mahmudov - Kadrlar idarəsinin rəisi ;
Eldar Əhmədov - Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi;
İlqar Cəfərov - Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi;
Nazir Bayramov - Baş prokurorun böyük köməkçisi;
Ruslan Hacıyev - Beynəlxalq əlaqələr idarəsinin rəisi;
Eldar Əfəndiyev - İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi.
Komissiya tərəfindən 01 iyun 2008-ci il tarixədək milli prokurorluq orqanlarının yaradılmasının 90 illiyinin qeyd edilməsi ilə əlaqədar zəruri tədbirlər barədə təkliflərin, 15 iyun 2008-ci il tarixə qədər «Azərbaycan Respublikası Prokurorluğu orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsinə dair Dövlət Proqramı»nın layihəsinin işlənilib hazırlanması təmin edilsin.
Azərbaycan Respublikasının
Baş prokuroru
I dərəcəli dövlət ədliyyə müşaviri
Zakir Qaralov
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Baş prokuroru
I dərəcəli dövlət ədliyyə müşaviri.
Zakir Qaralov
«24» iyun 2008-ci il
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının
90 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar
TƏDBİRLƏR PLANI
â„– | Plan tədbirinin adı | İcra müddəti | İcraçılar |
---|---|---|---|
1. | Prokurorluq orqanları işçilərinin Azərbaycan Prokurorluğunun 90 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrində çıxışlarını təşkil etmək | Avqust-oktyabr | İctimaiyyətlə əlaqələr şöbəsi |
2. | 26 aprel 2000-ci il tarixdə Ümumilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi görüşdən sonra həyata keçirilmiş islahatlar və görülmüş işlərin ümumiləşdirilməsini və bunun əsasında kitabın nəşrini təmin etmək | Avqust-sentyabr | Təşkilat-analitik idarəsi, Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələri |
3. | Baş Prokurorluğun əsas inzibati binasının 4-cü mərtəbəsində və Tarix muzeyində Azərbaycan Prokurorluğunun 90 illiyinə həsr olunmuş xüsusi guşənin hazırlanmasını təmin etmək | Avqust-sentyabr | Təşkilat-analitik idarəsi, Hüquqi təminat və Maddi-texniki təminat şöbələri |
4. | Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ilə əlaqədar üzərində prokurorluğun emblemi həkk olunmuş suvenirlərin (təqvim, saat, bloknot və s.) hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək | Avqust-sentyabr | Maddi-texniki təminat şöbəsi |
5. | Azərbaycan Prokurorluğunun 90 illiyi ilə əlaqədar prokurorluğun veteranları ilə Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda görüşlərin keçirilməsini, onların, habelə şəhid olmuş və vəfat etmiş prokurorluq işçilərinin ailə üzvlərinin maddi-sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmək | Avqust- sentyabr | Kadrlar və Təşkilat-analitik idarələri, tabe struktur qurumlar |
6. | Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyinə, son illərdə prokurorluqda həyata keçirilmiş islahatlara və görülmüş işlərə həsr edilmiş televiziya filminin çəkilişini təmin etmək | Sentyabr | İctimaiyyətlə əlaqələr və Hüquqi təminat şöbələri |
7. | Baş Prokurorluğun Kadrlar idarəsinin Tədris mərkəzində «Azərbaycan milli prokurorluq orqanlarının formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin rolu» mövzusunda seminarın keçirilməsini təşkil etmək | Sentyabr | Hüquqi təminat şöbəsi, Kadrlar idarəsinin Tədris mərkəzi |
8. | «Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri» kitabının ötən dövr ərzində edilmiş dəyişikliklər nəzərə alınmaqla yeni nəşrinin, habelə elektron variantının hazırlanmasını təşkil etmək | Sentyabr | Təşkilat-analitik idarəsi, Hüquqi təminat şöbəsi |
9. | «1 Oktyabr–prokurorluq işçilərinin peşə bayramı günü» və Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyinin qeyd olunması məqsədilə bütün tabe prokurorluqlarda əməkdaşların və prokurorluq orqanları veteranlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə mərasimlərin keçirilməsi, o cümlədən, ərazilərdə olan ümumi ziyarət yerlərinə gedilməsi, kütləvi informasiya vasitələrində çıxışların edilməsi və digər tədbirlərin görülməsini təmin etmək | Sentyabr-oktyabr | Təşkilat-analitik idarəsi, tabe struktur qurumlar |
10. | Azərbaycan Respublikası Baş Prokurorluğunun İnternet səhifəsində «Azərbaycan Prokurorluğu-90» rubrikasının yaradılması və həmin blokda prokurorluq orqanlarının fəaliyyətinə həsr edilmiş materialların, həmçinin prokurorluq işçilərinin bu mövzuda mətbuatda dərc edilmiş məqalələrinin yerləşdirilməsini təmin etmək | Sentyabr-oktyabr | Hüquqi təminat şöbəsi |
11. | Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyinə həsr olunmuş mövzularda Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında elmi-praktiki konfransların, habelə digər tabe prokurorluqlarda seminarların keçirilməsini təşkil etmək | Sentyabr-oktyabr | Baş Prokurorluq, Azərbaycan Respublikası Hərbi, Naxçıvan MR, Bakı şəhər və bütün tabe prokurorluqlar |
12. | Xidməti fəaliyyətlərində fərqlənən prokurorluq orqanları işçilərinin və prokurorluq işçiləri olmayan digər işçilərin Azərbaycan Prokurorluğunun 90 illiyi və peşə bayramı ilə əlaqədar həvəsləndirilməsi tədbirlərinin həyata keçirilməsini təmin etmək | Sentyabr-oktyabr | Kadrlar idarəsi, Maddi-texniki təminat şöbəsi |
13. | Azərbaycan Prokurorluğunun 90 illiyi və peşə bayramı ilə əlaqədar «Azərbaycan Prokurorluğu» jurnalının xüsusi buraxılışının nəşr edilməsi və jurnalda prokurorluq işçilərinin bu mövzuda məqalələrinin və keçirilən digər tədbirlərin materiallarının yerləşdirilməsini təmin etmək | Oktyabr | Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələri |
14. | Azərbaycan Respublikası Baş Prokurorluğunun İnternet səhifəsində «Azərbaycan Prokurorluğu» jurnalının yayımını təşkil etmək | Mütəmadi | Hüquqi təminat şöbəsi |
Baş Prokurorluğun Təşkilat-analitik idarəsi
Tədris Mərkəzində Prokurorluğun yubileyinə həsr edilmiş geniş seminar keçirilmişdir.
19 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kadrlar idarəsinin Tədris Mərkəzində «Azərbaycan milli prokurorluq orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolu» mövzusunda seminar keçirilmişdir.
Tədbirdə prokurorluq işçiləri ilə yanaşı Azərbaycan Respublikası Milli Məclisi, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi, Ədliyyə və Daxili işlər nazirliklərindən dəvət olunmuş qonaqlar da iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini vurğulamışdır. Qeyd olundu ki, dövlət quruculuğu prosesində mühüm rol oynayan hüquq-mühafizə orqanlarının fəaliyyətini daima əlaqələndirən Ümummilli liderimiz Heydər Əliyevin respublikanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə tarixi görüşü və həmin görüşdəki proqram xarakterli nitqi bu qurumun tarixində çox mühüm olan yeni mərhələnin başlanğıcı olmuşdur. Məhz bu görüşün və görüş ilə birlikdə müşayiət olunan yeni rəhbərlik təyinatının prokurorluq orqanlarında yaratdığı sağlam mühit bizə həm dövlətçiliyimizin və həm də təbii ki, təəssübünü çəkdiyimiz peşə qurumumuzun gələcəyinə nikbinliklə baxmağa ümid vermiş, hüquqi dövlət quruculuğu və vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunlarımızın aliliyinin təmin olunmasında dövlətimizin başçısına yardımçı olmağa bir daha səfərbər etmişdir. İlk növbədə Prezidentin 26 aprel 2000-ci il tarixli görüşündəki –«Azərbaycan prokurorluğunda ciddi təmizlənmə işi getməlidir» ---tövsiyəsinə uyğun olaraq həyata keçirilmiş struktur dəyişiklikləri və ixtisarlar, sağlam kadr korpusunun formalaşdırılması, zəruri normativ bazanın yaradılması prokurorluq orqanlarının işlək və çevik bir quruma çevrilməsinə zəmin yaratmışdır.
Daha sonra R.Usubov «Azərbaycan milli prokurorluq orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolu» mövzusunda məruzə ilə çıxış etmişdir.
Seminarın proqramına uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kadrlar idarəsinin rəis müavini, Tədris Mərkəzinin rəhbəri Zakir Müslümov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəis müavini Abdulla Yusifov, Baş Prokurorluğun Hüquqi təminat şöbəsinin rəis müavini əvəzi Natiq Hüseynov və Respublika Hərbi prokurorunun köməkçisi Mustafa Əsgərov məruzə ilə çıxış etmişlər.