Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər haqqında deyilib

Dünyanın görkəmli siyasətçiləri, elm və mədəniyyət xadimlərinin Heydər Əliyev haqqinda dediyi fikirlər

Corc BUŞ

Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.

 

Bill Klinton,

Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti

Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan milli müstəqillik yolunda böyük nailiyyətlər qazanmışdır.

 

Madlen Olbrayt,

ABŞ-ın sabiq dövlət katibi

Prezident Klintonun prezident Əliyevlə görüşündən məmnunam. Bu vəzifədə olduğum dövrdə ABŞ-da Heydər Əliyev qədər yüksək səviyyəli qarşılanan və uğurlu səfər edən ikinci prezident hələ görməmişəm.

 

Süleyman Dəmirəl

Türkiyənin sabiq prezidenti

Azərbaycanın bugunkü nailiyyətlərində Heydər Əliyevin səriştəli və müdrik rəhbərliyi şəksizdir.

 

Vladimir PUTİN

Rusiya Federasiyasının Prezidenti

Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.

 

Mixail Qorbaçov,

keçmiş SSRİ-nin sabiq prezidenti

Heydər Əliyev ağıllı, möhkəm iradəli və ehtiyatlı olan görkəmli siyasətçidir.

 

Nikolay Baybakov,

keçmiş SSRİ Dövlət Plan Komitəsinin sabiq sədri

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.


Jak ŞİRAK

Fransa Respublikasının sabiq Prezidenti

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.

 

Oskar Lui Skalfaro,

İtaliyanın sabiq prezidenti

Biz bilirik ki, demokratiyaya doğru gedən yol çətindir. Planlı inzibatiamirlik iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına keçid uzun sürən, mürəkkəb prosesdir. Ancaq biz inanırıq ki, Heydər Əliyevin müstəqillik əzmi, demokratik əzmi, demokratik mövqe tutması bütün dünya ilə əlaqələr yaratması üçün layiqli körpü rolunu oynayacaqdır.

 

Keceril Narayana,

Hindistanın prezidenti

Cahanşümul siyasətçi kimi dünya siyasətçi proseslərini yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini Heydər Əliyevin dilindən eşitmək mənim üçün çox əhəmiyyətlidir.

 

Fərrux Əhməd Xanleqari

Pakistan İslam Respublikasının sabiq prezidenti

Heydər Əliyev cənablarının şəxsində özümüzə dost və lider toplamışıq. O, əsrlərdən bəri böyük tarixə malik olan bölgədə aparıcı mövqe tutmuş, keçmiş sovetlər birliyində yüksək vəzifələrdə olmuşdur. Buna görə də biz onun kimi dahi bir xadimlə daim fikir mübadiləsi aparmaq istəyirik.

 

Bənəzir Bühütto,

Pakistanın sabiq baş naziri

Ölkənin nüfuzunu artırmaq, beynəlxalq kürsülərdə onun sözünə kəsər gətirmək və xalqın firavan həyatını təmin etmək üçün təkcə əlverişli geosiyasi məkan bəs etmir. Bu geosiyasi vəziyyətdən istifadə etmək, baş çıxarmaq üçün təcrübəli və nüfuzlu dövlət rəhbərlərinə ehtiyac duyulur. Heydər Əliyev məhz belə rəhbərlərdəndir.

 

Leonid Kuçma,

Ukraynanın sabiq prezidenti

Sizə həqiqətən qibtə edirəm Heydər Əliyeviç! Siz Azərbaycan tərəfindən qəbul edilən lidersiniz.


Toni BLEYER

Böyük Britaniyanın sabiq Baş naziri
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.
Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.



Nursultan NAZARBAYEV

Qazaxıstan Respublikasının sabiq Prezidenti

Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.

Heydər Əliyev xalqı sıx birləşdirməyə və onu tərəqqi, inkişaf yoluna istiqamətləndirməyə müvəffəq olmuşdur. Buna müasir tarixdə əslində heç kəs nail olmamışdır.
 


Xu SZİNTAO

Çin Xalq Respublikasının sabiq Sədri

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.
 


Əhməd Necdət SEZƏR

Türkiyə Respublikasının sabiq Prezidenti

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.

Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.

Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.


Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Respublikasının Baş naziri

Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.


Kraliça II ELİZABET

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.


Seyid Məhəmməd XATƏMİ

İran İslam Respublikasının sabiq Prezidenti

Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.


Georgi PIRVANOV

Bolqarıstan Respublikasının sabiq Prezidenti

Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır.
Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.



İslam KƏRİMOV

Özbəkistan Respublikasının sabiq Prezidenti

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.

Heydər Əliyev, həqiqətən, bütün çətinliklərdən, ən ağır sınaqlardan keçməyi bacaran rəhbərlərdəndir. O, müdrik insandır. Heydər Əliyev kimi rəhbəri olan xalq xoşbəxtdir.



Vladimir VORONİN

Moldova Respublikasının sabiq Prezidenti

Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.

 

Gerhard ŞRÖDER

Almaniya Federativ Respublikasının sabiq Federal kansleri

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.


Emoməli RƏHMONOV

Tacikistan Respublikasının Prezidenti

Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.


Əsgər AKAYEV

Qırğızıstan Respublikasının sabiq Prezidenti

Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.


Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.


II İohan Pavel

Roma papası

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.


Abdullah GÜL

Türkiyə Respublikasının sabiq prezidenti


Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.

 

Vyaçeslav TRUBNİKOV

Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini

Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.



Məhəmmədəli MƏHƏMMƏDOV

Dağıstan Respublikası Dövlət Şurasının Sədri

Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur. Onun adı xatirimizdə həmişəlik qalacaqdır.



Mintimer ŞAYMİYEV

Tatarıstan Respublikasının Prezidenti

Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.



Murtaza RƏHİMOV

Başqırdıstan Respublikasının Prezidenti

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.



Kirsan İLYUMJİNOV

Kalmıkiya Respublikasının Prezidenti,

FİDE-nin Prezidenti

Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.

Heydər Əliyev gənc siyasətçilərin ağsaqqalı, patriarxıdır.


Bülənd ECEVİT

Demokratik Sol Partiyasının Sədri

Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.


Çingiz Aytmatov

Qırğızıstan Xalq yazıçısı

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.



Butros-Butros Qali

BMT-nin sabiq Baş katibi

Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.



Timm Eqqar

Böyük Britaniyanın energetika naziri

Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edibdir. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.



Nikolay Baybakov

keçmiş SSRİ Dövlət Plan Komitəsinin Sədri

Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.

 

Quntıs Ulmanis,

Latviyanı sabiq prezidenti

Bir çox nüfuzlu neft şirkətləri ilə Azərbaycanın tarixi əhəmiyyətli müqavilələr imzalaması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir.

 

Eduard Şevardnadze,

Gürcüstanın sabiq prezidenti

XX əsr liderlər əsridir, Heydər Əliyev də əsrimizin lideridir.

 

Saparmurad Niyazov,

Türkmənistanın sabiq prezidenti

Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, qazandığı nailiyyətlər daha əhəmiyyətli və daha sanballıdır. Bütün bunlar Azərbaycan xalqının tanınmış lideri Heydər Əliyevin çox böyük şəxsi töhfəsinin və şəxsi şücaətinin nəticəsidir.

 

Petru Luçinski,

Moldovanın sabiq prezidenti

Zəngin təcrübəyə malik siyasi xadim Heydər Əliyevlə görüşə həmişə ehtiyac duyuram.

 

Henri Kissencer,

ABŞ-ın məşhur siyasi xadimi, politoloq

Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, surətli inkişafa gətirib çıxaracaqdır. Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir.

 

Zbignev Bjezinski,

ABŞ Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq

Heydər Əliyev Azərbaycanda demokratiyanın və fikir plüralizminin, yeni iqtisadi və siyasi münasibətlərin qarantıdır.

Avraam Burq

Ümumdünya Yəhudi Agentliyi Direktorlar Şurasının sədri

Prezident Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda yəhudilər üçün yaradılan şərait dünyadakı bütün müsəlmanlar və yəhudilər üçün nümunə olmalıdır.

 

 

Lev Bardaui,

“Soxnu” Yəhudi Agentliyinin nümayəndəsi

Heydər Əliyev ən görkəmli dövlət xadimi kimi təkrarolunmaz səmimi atmosfer yarada bilir, elə bir atmosfer ki, orada hər şey var - inam, dostluq, fədakarcasına xeyirxahlıq.

 

Mixail Bakker Avropa

Yəhudiləri icmasının sədri

Bu gün Heydər Əliyevdən məşhur və hörmətli olan siyasətçi yoxdur.

 

Daqlas Hörd,

İngiltərənin dövlət katibi

Cənab Heydər Əliyev çox lazımlı adamdır. Mən onu özümə müəllim hesab edirəm.

 

Marqaret Tetçer,

Böyük Britaniyanın sabiq baş naziri

Azərbaycan prezidenti Heydər Əliyev müasir zəmanəmizin görkəmli siyasi xadimlərindən biridir.

 

Ryutaro Haşimoto,

Yaponiyanın sabiq baş naziri

Yaponiyaya bir çox dövlət başçıları səfər edirlər. Lakin Heydər Əliyevin səfərinə ictimaiyyət və kütləvi informasiya vasitələri tərəfindən göstərilən dərin maraq Yaponiyada nadir hallardan biridir.

 

İon iliyesku,

Rumıniyanın sabiq prezidenti

Heydər Əliyev cənablarının əzmi və qətiyyəti sayəsində Azərbaycanda insanların çəkdikləri əzab-əziyyətlərə son qoyulacaqdır.

 

Marşal Əbdülrəhman Süvar Əs-Səhab,

Sudanın sabiq prezidenti

Azərbaycanda insanların Allaha inamı çox güclüdür. Respublikanın belə bir ağır dövründə Heydər Əliyevin ona rəhbərlik etməsi Allah-təaladan Azərbaycan xalqına böyük töhfədir.

 

Karen Dəmirçyan,

Ermənistan KPMK-nin sabiq I katibi

XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam olub: Atatürk və Heydər Əliyev.

 

Ayətullah Seyid Əli Xameneyi,

İranın Ali dini rəhhəri

Prezident Heydər Əliyev həqiqətən böyük siyasi təcrübəyə malik şəxsiyyətdir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.