Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə 01 avqust 2025-ci il tarixli, 2-2-100/11-s nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir.
Bununla əlaqədar, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 10 və 12-ci maddələrini rəhbər tutaraq,
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyası aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri:
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Hərbi prokurorunun müavini
Azərbaycan Respublikası Hərbi prokurorunun müavini
Azərbaycan Respublikası Hərbi prokurorunun müavini
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təhqiqata nəzarət idarəsinin rəisi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi
2. Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 24 iyul 2020-ci il tarixli 10/80 nömrəli və “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kollegiyasının tərkibində dəyişiklik edilməsi haqqında” 18 may 2023-cü il tarixli 09/23 nömrəli əmrləri ləğv edilsin.
3. Əmr elan edilməsi üçün əlaqədar struktur qurumlara göndərilsin, “Prokurorluğun normativ xarakterli hüquqi sənədlərinin Reyestri”nə daxil edilsin.
Əsas: Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikası Hərbi prokurorunun 07 avqust 2025-ci il tarixli məktubu
Azərbaycan Respublikasının
Baş prokuroru
I dərəcəli dövlət ədliyyə müşaviri
Kamran Əliyev
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı