Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Prokuroru" Jurnalı

Baş redaktorun müraciəti

 

   Sizə Azərbaycan Respublikası Prokurorluğunun nəşr etdiyi elmi-praktiki hüquqi jurnal olan “Azərbaycan Prokuroru” jurnalının ilk nəşrini təqdim edirəm. Prezident İlham Əliyevin uğurlu siyasətini davam etdirərək potensial beynəlxalq tərəfdaşlarla əlaqə qurmaq, yeni fikirləri qəbul etmək və islahatlara açıq olmağımızı bəyan etmək üçün oxuculara məhz ingilis dilində müraciət edirəm.
   Azərbaycan Respublikası Prokurorluğu məhkəmə hakimiyyətinə mənsub olan bir qurumdur.. Prokurorluq Azərbaycanda cinayət hüquqi siyasətin formalaşmasında və insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu qurum cinayət işləri üzrə məhkəmədə dövlət ittihamını və mülki işlərdə dövlət maraqlarını müdafiə edir.
   Hazırkı nəşr prokurorluğun fəaliyyətinin demokratik dəyərlər və prinsiplər, həmçinin Avropa Şurasının tövsiyələri və ekspert rəyləri əsasında inkişaf etdirilməsi üçün həyata keçirilən davamlı və intensiv tədbirlər silsiləsindəndir. Davam edən islahatların bir hissəsi olaraq həyata keçirilən yeni institusional, tənzimləyici və inkişafetdirici tədbirlər fərdi prokurorları gücləndirərək onları sistemin mərkəzinə gətirmək məqsədi daşıyır.
   Azərbaycan Prokurorluğu materiallar, o cümlədən statistik məlumatlar və tövsiyələr verməklə uzun illər elmi və praktiki araşdırmaların və təhlillərin aparılmasına öz töhfəsini vermişdir. Azərbaycan prokurorları fərdi qaydada - tədqiqatçı qismində cinayət və cinayət təqibindən kənar təcrübələri nəzərdən keçirmiş, qanunun tətbiqi ilə bağlı boşluqları və xüsusi əhəmiyyət kəsb edən digər məsələləri təhlil etmişlər. Hesab edirəm ki, prokurorlar elmi yanaşmaları fərdi qaydada deyil, öz peşəkar fəaliyyətilərində tətbiq etməlidirlər. Odur ki bu jurnal prokurorluqda praktiki məsələlərin həllində tədqiqata əsaslanan yanaşmanın tətbiq edilməsi üçün zəmin təşkil edən yeni bir mühitin formalaşmasını hədəfləyir.
   Bundan əlavə, bu nəşr yalnız prokurorlar arasında deyil, həm də Azərbaycanın hüquq ictimaiyyəti arasında fikir və təcrübə mübadiləsi üçün forum təmin edəcəkdir. Jurnalımız akademik tələblərə cavab verir və geniş bir mütəxəssis, akademiya və tələbə auditoriyasını əhatə etmək potensialına malikdir. Redaksiya Şuramızda beynəlxalq akademiyanın tanınmış üzvlərinin olması məqalələrimizin yüksək akademik səviyyədə dərc olunmasında xüsusi əhəmiyyət kəsb edir.
   Hakimlər, prokurorlar və digər hüquqşünaslar, eləcə də dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və elm adamlarını bu Foruma qoşulmağa və dəyərli məqalələrini bölüşməyə dəvət edirəm.

 

 

h.e.n. Kamran ƏLİYEV 
Baş redaktor
Azerbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.