Şriftin ölçüsü :
Saytın rəngi :
Bakı şəhəri öz təkrarolunmaz görkəmi ilə müxtəlif faktorlara borcludur. İlk növbədə bu əlbətdə ki, neftdir.
Məhz neftin hasilatı və ticarətindən gələn gəlir hesabına neft maqnatları tanınmış dünya və Azərbaycan memarlarına Bakı şəhərində gözəl binaların tikintisini sifariş verirdilər ki, həmin binalardan çoxu bu gün də şəhərimizə xüsusi görkəm verir.
Belə binalardan biri də Nizami (keçmiş Qubernskaya) küçəsi ilə Murtuza Muxtarov (keçmiş Persidskaya) küçələrinin kəsişməsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasıdır.
16 may 1883-cü il tarixdə Bakıda neft hasilatı və ticarəti ilə aktiv məşğul olan Rotşild baronları Bakı şəhərində “Kaspiy-Qara dəniz neft istehsalatının ticarəti cəmiyyəti”ni qeydiyatdan keçirmişlər.
Bakı şəhərində milyonçu Rotşildlərin işləri yaxşı getdiyi üçün Cəmiyyətlərinin mərkəzi kontorunun (baş ofisinin) tikintisi zərurəti yaranmışdır. Həmin kontorun tikintisi üçün onlar milliyətcə polyak olan Kazimir Brunoviç Skureviçə (1866-1960) müraciət edirlər. Kazimir Skureviç 1894-cü ildə Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirmiş, 1895-ci ildə milliyətcə polyak olan, Bakı şəhər memarı Qoslavski İosif Vikenteviçin (1865-1904) dəvəti ilə Bakı şəhərinə gəlmiş və bir müddət şəhər upravasında sahə arxitektoru işləmişdir. 1904-cü ildə İosif Qoslavskinin ölümündən sonra Kazimir Skureviç Bakı şəhərinin memarı təyin edilmişdir. Təsadüfü deyil ki, Kazimir Skureviçin arxitektor kimi işini bəyənən Rotşildlər Cəmiyyətləri üçün mərkəzi kontor binasının tikintisini məhz ona həvalə edirlər və sonuncu bu təklifə məmnuniyyətlə razılıq verir. Kazimir Skureviç Cəmiyətin binasının tikintisində iştirak etmək razılığını tək Rotşildlərin qonorarına görə deyil, ilk növbədə Bakı şəhərinin mərkəzi olan Persidskaya küçəsi ilə Qubernskaya küçəsinin kəsişməsindəki sahədə gözəl bir bina kompozisiyası yaratmaq arzusunda olduğuna görə vermişdir. Beləliklə 1898-1899-cu illər ərzində Bakı şəhəri fransız qotikası ilə qotik modern, bir sözlə neoqotik üslubda inşa olunmuş daha bir gözəl bina ilə zənginləşmişdir.
Qotik üslubda tikilən binaların rəngləri ənənəvi olaraq tünd rəngli daşlardan istifadə etməklə tikildiyinə baxmayaraq həmin binanın tikintisində Kazimir Skureviç Abşeronun açıq rəngli aqlay üzləmə daşlarından istifadə etmişdir ki, bu da binaya xüsusi əzəmət vermişdir.
Bir müddət həmin binada Azərbaycan SSR Ali Məhkəməsi də yerləşmişdir.
Zamanov Abbas Tağı oğlunun Respublika prokuroru vəzifəsinə təyinatından sonra o, prokurorluq üçün yeni inzibati binanın tikintisinə nail oldu.
Respublika Prokurorluğu yeni binaya köçdükdə, onun binası dövrün səviyyəsinə uyğun təmir olunaraq Bakı şəhər prokurorluğuna verildi. Həmin vaxt Bakı şəhər prokurorluğu Səbail rayon prokurorluğunun İstiqlaliyyət küçəsində yerləşən köhnə binasında idi. Səbail rayon prokurorluğu isə «Azərittifaq»ın inzibati binasının birinci mərtəbəsində yerləşirdi.
Qeyd olunmalıdır ki, bu gün Azərbaycan Respublikası Baş Prokurorluğu yerləşdiyi həmin bina rəsmi olaraq dövlət əhəmiyyətli memarlıq abidəsidir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı