Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP)

Prokurorluq orqanlarında insan hüquq və əsas azadlıqlarının müdafiəsi üzrə beynəlxalq standartların təşviqi çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin dərindən öyrənilməsi, hüquq tətbiqetmə prosesində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsindən hüquqi prinsiplərə, göstərişlərə və mövqelərə (standartlara) istinad olunması praktikasının genişləndirilməsi və bu sahədə prokurorluq işçilərinin nəzəri biliklərinin daha da artırılması üçün beynəlxalq və milli hüquqi, elmi, metodik, informativ sənədlərin vahid məcmusunu təşkil edən elektron bazanın təminatı vacib amillərdəndir. 
Prokurorluq işçiləri tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr və onlarla əlaqəli olan beynəlxalq hüquqi sənədlər, elmi-metodiki, informativ ədəbiyyatlar, hüquqtətbiqetmə prosesində tövsiyələr və digər beynəlxalq təcrübə, nəzəri məsələlər üzrə faydalı məlumatların asanlıqla əldə edilməsi və təcrübədə tətbiqi məqsədi ilə Baş Prokurorluqda İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) yaradılmışdır. 
İnsan Hüquqları üzrə Sənədlərin Axtarış Portalı (İHSAP) prokurorluq işçilərinin istifadəsi üçün nəzərdə tutulmuşdur və portala keçid aşağıdakı link vasitəsilə mümkündür. 


http://ihsap.prosecutor.az
 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.