Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Təhsil hüququ (1)

29.05.2025

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 

Təhsilalanların hüquqları aşağıdakılardır:

— qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;

— təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalmaformasını, tədris dilini və xarici dili sərbəst seçmək;

— mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 

— müvafiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti, o cümlədən dərsdənkənar məşğələni (fakültativ kursları) seçmək;

— ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

— təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan kitabxanalardan və s.) istifadə etmək;

— müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 

— elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

— fasiləsiz təhsil almaq;

— həyat və sağlamlığı üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.