Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Sağlamlığın qorunması hüququ

05.06.2025

Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır.

Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara media ilə, yaxud bilavasitə onların sorğularına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən verilir.

İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.