Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Təhsil hüququnun pozulması

03.06.2025

Azərbaycan Respublikasında təhsil hüququ Konstitusiya və müvafiq qanunvericilik aktları ilə qorunur. Vətəndaşların bərabər və maneəsiz şəkildə təhsil alma hüququna hörmət edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu hüququn pozulması halları qanunvericiliklə inzibati məsuliyyətə səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin aşağıdakı formada pozulması halları məsuliyyət yaradır:

— şəxsin təhsilin hər hansı pilləsindən, səviyyəsindən və ya formasından əsassız şəkildə məhrum edilməsi;
— təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılıq hallarına yol verilməsi;
— qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb olunması;
— dövlət təhsil və elmi tədqiqat qrantlarının həmin məqsədlərdən kənar sahələrə yönəldilməsi.

Bu hallara yol verildikdə aşağıdakı məbləğlərdə cərimə tətbiq edilir:
fiziki şəxslər – 100 manat,
vəzifəli şəxslər – 300 manat,
hüquqi şəxslər – 5000 manat.

Vətəndaşlardan xahiş olunur ki, təhsil hüququnun pozulması ilə bağlı faktlara rast gəldikdə aidiyyəti üzrə dövlət orqanlarına məlumat versinlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.