Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda hüquq viktorinası keçirilib

26.09.2025

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin “Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü” ilə əlaqədar olaraq sentyabrın 24-də Baş Prokurorluqda ali təhsil müəssisələrinin tələbə və kursantları arasında “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda hüquq viktorinası təşkil olunub.

Tədbirdə 300-ə yaxın tələbə və kursant iştirak edib, qiymətləndirmə Baş Prokurorluğun əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılıb. Təhsil müəssisələrinin professor-müəllim heyətinin nümayəndələri də ekspert qismində prosesə cəlb olunub.

Nəticələr:

Komanda mərhələsi üzrə:
I yer – Daxili İşlər Nazirliyinin Polis Akademiyası
II yer – Dövlət Gömrük Komitəsi Akademiyası
III yer – Milli Aviasiya Akademiyası

Kapitan mərhələsi üzrə:
I yer – Mirzəzadə Cavid Ceyhun oğlu (Bakı Dövlət Universiteti), Gülnar Nəsirova (“ADA” Universiteti), İsgəndərli Firidun Səhman oğlu (Milli Aviasiya Akademiyası)
II yer – Quliyev Fuad Anar oğlu (Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası)
III yer – Əsədli Afiq Anar oğlu (Qarabağ Universiteti)

Xüsusi nominasiyalar üzrə:
Naxçıvan Dövlət Universiteti – “Suverenlik və Müdafiə Qalası”
Fövqəladə Hallar Nazirliyi Akademiyası – “Xilasetmə və Dövlətçilik Qoruyucuları”
Heydər Əliyev adına Hərbi İnstitutu – “Dövlətçiliyin Qoruyucuları”

Viktorina çərçivəsində iştirakçılar və azarkeşlər Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası və Heydər Əliyev adına Hərbi İnstitutunun gənclərinin vətənpərvərlik mövzusunda bədii ifalarını dinləyiblər.

Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.