Şriftin ölçüsü :
Saytın rəngi :
2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluqda “Şahid Dindirmə Müsabiqəsi” təşkil edilib.
Müsabiqə bir neçə mərhələdən ibarət olmaqla 13 oktyabr tarixində təlim mərhələsi, 22 oktyabr tarixində yarımfinal, 29 oktyabr tarixində isə final mərhələsi üzrə həyata keçirilib.
Bu təşəbbüs Konstitusiya və suverenlik dəyərlərinin hüquqşünas gənclər arasında daha dərindən mənimsənilməsi, eləcə də praktiki-peşəkar bacarıqların inkişafı məqsədini daşıyır.
Final mərhələsində iştirakçılar real istintaq situasiyalarını canlandıraraq şahid ifadələrinin əldə edilməsi, sual vermə taktikasının qurulması, prosessual davranış və hüquqi əsaslandırma sahəsində bilik və bacarıqlarını nümayiş etdirib.
Müsabiqənin qiymətləndirilməsi hakimlər qismində çıxış edən Baş Prokurorluğun əməkdaşları tərəfindən aparılıb.
Müsabiqənin yekununda qaliblər müəyyən edilib, iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı