Şriftin ölçüsü :

Saytın rəngi :

“2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb” – Heydər Məmmədov

16.08.2024

  Bu sözləri Baş prokurorun müavini Heydər Məmmədov bu gün Naxçıvanda keçirilən konfrans zamanı qeyd edib.
  Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində Azərbaycan Prokurorluğu tərəfindən görülən sistematik tədbirlərdən bəhs edən Baş prokurorun müavini ətraf mühitin qorunması, ekologiyanın bərpası sahəsində Baş Prokurorluq tərəfindən qəbul edilmiş “Cərimə Parkı - Təbiətin qisası” konsepsiyası barədə danışıb.
  “2024-cü ilin cari dövrünədək ekoloji hüquqpozmalarla bağlı 84 cinayət işi başlanıb, 1 milyon 310 min 340 manat maddi ziyanın ödənilməsi təmin edilib” – deyə Heydər Məmmədov əlavə edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.