Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur”

24.06.2024

  Bunu ekelologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva Xankəndidə keçirilən elmi praktik konfransda deyib.

  O bildirib ki, ekoloji problem hələ də qalmaqdadır, problemlərin həlli üçün böyük işlər görülməlidir, böyük maliyyə lazımdır:

  "Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır. Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkminləşməsi və maarifləndirmə aparılması bəzi müsbət hallar aşkar edir.”

  Məlumat üçün bildirib ki, Bakıda orta hesabla bir adama 5 kv metr yaşıllıq düşür.  Norma burda 20-25-dir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılması bütün dövlət orqanları qoşulur. Bu çox müsbət haldır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.