Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq tərəfindən Naxçıvan və Qazaxda növbəti təmizlik aksiyaları keçirilib

08.06.2024

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, iyunun 8-də Baş Prokurorluğun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən Batabat gölü ətrafında və Qazax rayonu ərazisində yerləşən Ağstafaçay su anbarı ərazisində təmizlik aksiyası keçirilib.

  Aksiyalarda ümumilikdə 70-dən çox şəxs iştirak edib.

  “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

  Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.