Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, mayın 30-da Gəncə şəhər prokurorluğunun inzibati binasında “Açıq qapı günü” keçirilib.
Tədbirdə media və qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə gənclər iştirak edib.
Tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə ictimaiyyəti tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Tədbir zamanı açılış nitqi ilə çıxış edən Gəncə şəhər prokuroru Azad Qarayev qonaqları salamlayaraq, şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının ictimaiyyətlər əlaqələr sahəsi üzrə fəaliyyətinə toxunub, regional media və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərələri əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Tədbir zamanı şəhər prokurorluğunun bir neçə struktur qurumunun təcrübəli əməkdaşları tərəfindən müvafiq qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışılıb.
İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə fotoşəkli çəkilib.










Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı