Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak etmişlə

27.06.2012

  18-22 iyunda Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyası keçirilmişdir.

     Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

     Sessiyada Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi və BMT-nin Narkotiklər və Cinayətkarlıq Əleyhinə İdarəsi Katibliyinin əməkdaşlarının, həmçinin Bosniya və Herseqovina, Qvatemala Respublikasının ekspertlərinin birgə səyləri nəticəsində tərtib edilmiş Azərbaycan Respublikasının Konvensiyanın bir sıra maddələrinin implementasiyasına dair hesabat layihəsinin müzakirəsi aparılmışdır.

     Bundan başqa, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bəzi müddəalarının implementasiyası çərçivəsində dəyərləndiriləcək dövlətlərin püşkatma yolu ilə seçimi həyata keçirilmişdir. Püşkatma prosesində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilmişdir.

     Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun növbəti sessiyasının cari ilin avqustunda keçirilməsi planlaşdırılır.

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.