Şriftin ölçüsü :
Saytın rəngi :
İyunun 6-7-də Rusiya Federasiyasının Oryol şəhərində həmin ölkənin İstintaq Komitəsinin təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Belarus Respublikalarının Prokurorluq orqanlarının, İstintaq Komitələrinin, Müstəqil Dövlətlər Birliyinin aidiyyəti qurumlarının nümayəndələri və hüquqşünas alimlərin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Əsəd Əliyev və Rasim Musayev təmsil etmişlər.
Ə.Əliyev konfransda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən yeni qanunların qəbul edilməsi, ölkəmizin korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar qəbul olunmuş Dövlət Proqramı və Milli Strategiyanın icrası ilə bağlı görülmüş tədbirlər, habelə dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı