Şriftin ölçüsü :
Saytın rəngi :
İyunun 6-7-də Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuların verilməsi mexanizminə dair Protokol layihəsinin razılaşdırılması üzrə ekspertlər qrupunun növbəti iclası keçirilmişdir.
Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan və MDB iştirakçısı olan digər dövlətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd edilən Protokol layihəsinə düzəliş edilməsinə dair Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş təkliflər nəzərdən keçirilərək səs çoxluğu ilə qəbul edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin prokuroru Anar Tağıyev təmsil etmişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı