Şriftin ölçüsü :
Saytın rəngi :
2012-ci ilin 23-27 aprel tarixlərində Avstriyanın Vyana şəhərində BMT-nin Cinayətlərin qarşısının alınması və cinayət mühakiməsi üzrə Komissiyasının 21-ci sessiyası keçirilmişdir.
Dünyanın 111 dövlətindən 800-dək nümayəndənin iştirak etdiyi tədbirdə miqrant və məhkumların hüquqlarının müdafiəsi, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən korrupsiya, terrorçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi, bu sahədə qanunvericilik və institusional vəziyyət, müxtəlif ölkələrin təcrübəsi və bir sıra digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Tədbir iştirakçılarına korrupsiya və terrorçuluğa qarşı mübarizə, habelə miqrasiya sahəsində Azərbaycan Respublikasında həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verilmişdir.
Sessiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini Gülnar Rəsulova, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, həmçinin Ədliyyə, Milli Təhlükəsizlik, Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri iştirak etmişlər.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı