Şriftin ölçüsü :
Saytın rəngi :
Bakı şəhər prokurorluğunun 26 aprel 2012-ci il tarixli rəsmi məlumatından sonra «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılova və onun nümayəndəsi Adil İsmayılov bəzi kütləvi informasiya vasitələrində çıxışlar edərək Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğu tərəfindən guya onun və şəhər prokurorluğunun sonuncu rəsmi məlumatında adları sadalanmış bəzi şəxslərin şəxsi və ailə sirri olan informasiyaların yayılması, həmşinin dindirilməsini xahiş etdiyi şəxslərin ifadələrinin alınmaması barədə əsassız bəyanatlar vermişlər.
Bakı şəhər prokurorluğu həmin informasiyaları təkzib edərək bildirir ki, şəhər prokurorluğunun rəsmi məlumatında Xədicə İsmayılovanın şikayət ərizəsi əsasında başlanmış cinayət işinin istintaqının gedişatı ilə bağlı ictimaiyyətə istintaq sirri hesab olunan məlumatlar verilməmiş, məlumatda hər hansı şəxsin şəxsi və ailə sirri hesab olunan informasiyalar əks etdirilməmişdir. Həmçinin X.İsmayılovanın əlavə şəxslərin dindirilməsi barədə istintaqa verdiyi vəsatətləri təmin edilmiş və bu barədə onun özü və nümayəndəsi məlumatlandırılmışlar. Şəhər prokurorluğunun rəsmi məlumatlarında qanunvericiliyin müvafiq müddəalarına tam əməl olunmaqla hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı