Şriftin ölçüsü :

Saytın rəngi :

Kommunal xidmətlər üçün ödənilmiş külli miqdarda vəsait poçt filialının vəzifəli şəxsləri tərəfindən mənimsənilmişdir

25.04.2012

  Qobustan Poçt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyəti Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, cəmiyyətin Daxili audit şöbəsinin mütəxəssisləri tərəfindən Qobustan Poçt Filialının maliyyə fəaliyyəti yoxlanılarkən filialın Müştəri xidmətləri şöbəsinin vəzifəli şəxsləri tərəfindən 1 aprel 2011-ci il tarixdən 1 avqust 2011-ci il tarixədək olan dövr ərzində vətəndaşlardan kommunal xidmətlər üçün (telefon, elektrik enerjisi, su, qaz və s.) qəbul edilmiş 13 min 480 manat məbləğində vəsait filialın xəzinəsinə mədaxil edilməyərək mənimsənilmişdir.

     Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır. 

     Hazırda cinayət üzrə istintaq davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.