Şriftin ölçüsü :
Saytın rəngi :
Noyabrın 20-də “e-Governance Academy” (eGA), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Qara dəniz regionunda kritik infrastrukturun mühafizəsinin gücləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq seminarda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev iştirak edib.
Azərbaycan, Moldova, Ukrayna və Avropa İttifaqına üzv dövlətlərin nümayəndələrinin qatıldığı bu tədbirdə kritik infrastrukturun kibertəhlükəsizliyinin gücləndirilməsi, transsərhəd kiberinsidentlərə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin təşkili, kiberrisklərin idarə olunması və beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində kiberməkanda dövlətlərin məsuliyyətli davranışına dair BMT çərçivəsi, 2024-cü il Bakı Kiberdiplomatiya Bəyannaməsi və Avropa İttifaqının NIS2 Direktivi kontekstində məlumat mübadiləsi, insidentlərə reaksiya və diplomatik koordinasiya mexanizmlərinə xüsusi diqqət yetirilib. Həmçinin real kiberinsidentlərdən əldə edilmiş təcrübələr, süni intellekt texnologiyaları ilə əlaqəli yeni təhdidlər və onların enerji, nəqliyyat və rəqəmsal infrastrukturların təhlükəsizliyinə mümkün təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Seminarın praktiki hissəsində müxtəlif ssenarilər əsasında qrup çalışmaları təşkil olunub. İştirakçılar mümkün kiberinsidentlərin qiymətləndirilməsi, operativ reaksiya tədbirlərinin müəyyənləşdirilməsi, aidiyyəti qurumlar arasında məlumat mübadiləsi və koordinasiya mexanizmləri ilə bağlı situativ tapşırıqları birgə müzakirə edərək müvafiq qərarların qəbul edilməsi üzrə praktiki yanaşmaları nəzərdən keçiriblər.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı