Şriftin ölçüsü :
Saytın rəngi :
Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Hadıyev Arzu Hüseyn oğlunun qəsəbədə yerləşən 0,12 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan 1.500 manat məbləğində rüşvət tələb etdiyini bildirmişdir.
İdarənin əməkdaşları tərəfindən 3 aprel 2012-ci tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Arzu Hadıyev həmin şəxsdən 1.300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilmişdir.
Arzu Hadıyevin xidməti otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılmasına dair qəsəbə nümayəndəliyinin qərarlarından çıxarışlar, həmin torpaq sahələrinin yerləşmə sxemləri, müxtəlif şəxslərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların surətləri, tikililərin texniki pasportları, qeydiyyat kitabçaları aşkar edilərək götürülmüşdür.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Arzu Hadıyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirlir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı