Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün antikorrupsiya davranışının formalaşdırılması mövzusunda təlim keçirilib

18.11.2026

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə 17 noyabr 2026-cı il tarixində Dövlət Sərhəd Xidmətinin inzibati binasında Xidmətin zabit və gizir heyəti üçün “Antikorrupsiya davranışının formalaşdırılması” mövzusunda təlim keçirilib.

Təlim Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil olunub.

Təlimdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə və Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev çıxış ediblər.

Çıxışlar zamanı korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, şəffaflıq və hesabatlılıq prinsipləri, antikorrupsiya davranış mədəniyyətinin formalaşdırılması, eləcə də hərbi xidmət sahəsində korrupsiya risklərinin müəyyən edilməsi və hüquqpozmaların qarşısının alınması istiqamətində preventiv tədbirlər barədə məlumat verilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, korrupsiyaya qarşı mübarizədə hüquqi maarifləndirmənin və etik davranış prinsiplərinə riayət olunmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.