Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Ağstafa rayonunun Çeyrançöl ərazisində 2026-cı il 15 noyabr tarixində sursat partlayışı hadisəsi baş verib.
Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahub isə xəsarət alıb.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluq,DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa, partlayıcı sursatlara müdaxilə etməməyə çağırır!

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı