Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Haaqada elektron sübutlar və gender əsaslı kibercinayətlərlə bağlı müzakirələrə qatılıb

13.11.2026

Avropa Şurasının CyberEast+ layihəsi çərçivəsində Eurojust və Avropa Şurasının Kibercinayətkarlıq üzrə Proqram Ofisinin birgə təşkilatçılığı ilə cari ilin 9-10 noyabr tarixlərində Niderlandın Haaqa şəhərində “Kibercinayətkarlığın gender aspektləri” mövzusunda seminar keçirilib.

Seminar çərçivəsində 50 ölkədən olan hakim və prokurorlar  informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gender əsaslı zorakılıqla mübarizə sahəsində əhəmiyyət kəsb edən məsələləri, həmçinin yeni texnologiyalar kontekstində gender əsaslı zorakılığın növləri və bu sahədə tətbiq olunan beynəlxalq standartları müzakirə ediblər.

Müzakirələr zamanı həmçinin şəxsi həyatın toxunulmazlığının pozulması, kibercinayətkarlıq və nifrət cinayətləri, eləcədə qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq halları da daxil olmaqla onlayn cinsi zorakılıq məsələlərinə toxunulub.

Seminar çərçivəsində elektron sübutların əldə edilməsi və qorunması, xarici dövlətlərdən müvafiq məlumatların alınması, beynəlxalq hüquqi yardım sorğularının hazırlanması və icrası, habelə cinayət təqibi zamanı yaranan hüquqi və praktiki problemlərin aradan qaldırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilib.

Qeyd olunan seminarda Baş Prokurorluğu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsinin prokuroru Nigar Yahyazadə təmsil edərək, praktiki kazusların təhlili zamanı sübutların qiymətləndirilməsi və müxtəlif dövlətlərin məhkəmə və prokurorluq orqanlarının hüquqi yanaşmalarının müqayisəsi zamanı aparılan fikir mübadiləsində iştirak edib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.