Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları üçün təlim keçirilib

12.11.2026

12 noyabr 2026-cı il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə və hüquq pozuntularının qarşısının alınması” mövzusunda təlim keçirilib.

Təlim zamanı antikorrupsiya davranışının formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlər, bələdiyyə torpaqları, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı aşkar edilən qanun pozuntuları, eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və çıxarışların verilməsi prosesində rast gəlinən çatışmazlıqlar ətraflı müzakirə olunub.

Eyni zamanda, qeyd olunan sahələrdə korrupsiya riskləri, hüquq pozuntularına şərait yaradan hallar və onların qarşısının alınması yolları barədə məlumat verilib, qanunvericiliyin tələblərinə riayət olunmasının və preventiv mexanizmlərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.