Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda mülki müdafiə üzrə tədbir keçirilib

04.11.2026

Noyabrın 4-də Baş Prokurorluqda  “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilib. 

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Rövşən Əhmədov mülki müdafiə sahəsində bilik və vərdişlərə yiyələnmənin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.

FHN-in əməkdaşları İlham Söhbətov və Şəmsəddin Hüseynov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin Mülki müdafiə planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu qeyd edib.   

Tədbir zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən respublikanın müxtəlif rayonlarında həyata keçirilmiş qəza-xilasetmə təlimlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.