Şriftin ölçüsü :
Saytın rəngi :
Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanovun prokurorluq orqanlarından xaric olunması ilə bağlı əmrin surətinin Baş Prokurorluq tərəfindən ona verilməməsi ilə əlaqədar həqiqəti əks etdirməyən informasiyalar dərc edilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, T.Ağacanov vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfəri öldürən və 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar səlahiyyətli orqanlara onun şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, həmçinin istintaqa müvafiq köməklik göstərmədiyinə görə Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir. Həmin əmr elan olunmaqla, surəti T.Ağacanova göndərilmişdir.
Bundan başqa 24 dekabr 2009-cu il tarixdə müraciəti əsasında əmək kitabçası Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən imza etdirilməklə T.Ağacanova təqdim olunmuş və bu zaman əmrin surətinin verilib-verilməməsi ilə əlaqədar T.Ağacanov tərəfindən məsələ qaldırılmamışdır.
Baş Prokurorluğun Mətbuat xidməti
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı