Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Süleymanov Məhəmməd Mahmud oğlunun 80 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.
Məhəmməd Süleymanov 1984-cü ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Abşeron rayon prokurorluğunun müstəntiqi və köməkçisi, Xocalı rayon prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Prokurorluğunun İstintaqa nəzarət idarəsinin prokuroru, İstintaqa nəzarət idarəsinin rəis müavini, Gədəbəy rayon prokurorunun müavini və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı