Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 23 oktyabr tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “İnsan alverinin qarşısının alınması məsələləri” mövzusunda qarışıq formatda təlim keçirilib.
Təlimdə prokurorluq, daxili işlər və miqrasiya orqanlarının 200-ə yaxın əməkdaşı iştirak edib.
Tədbirdə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən insan alveri hallarının aşkar edilməsi və qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətləri, bu kateqoriyadan olan cinayətlərin araşdırılmasının praktiki xüsusiyyətləri, miqrasiya proseslərində insan alveri qurbanlarının müəyyən edilməsi və onların hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizənin milli və beynəlxalq-hüquqi əsasları, eləcə də rəqəmsal mühitdə insan alveri, internet və sosial şəbəkələr vasitəsilə qurbanların cəlb edilməsi, uşaqların cinsi istismar və zorakılığa məruz qalması hallarının aşkar edilməsi və araşdırılması mövzularında çıxışlar edilib.
Təlim zamanı mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı