Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarında kadr dəyişiklikləri edilmişdir

16.03.2012

Baş prokuror cənab Zakir Qaralovun müvafiq əmri ilə Fəxri Ələsgərov ikinci səlahiyyət müddətinə Xəzər rayon prokuroru vəzifəsinə təyin edilmişdir.

     Baş prokurorun digər əmrləri ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin rəisi Zakir Saatov, Astara rayon prokuroru Əlixan Əliyev və Kürdəmir rayon prokuroru Nurəddin Qasımov isə səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Astara, Kürdəmir və Samux rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.