Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Səmədov Rauf Emin oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.
Rauf Səmədov 1981-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, Azərbaycan SSR Prokurorluğu İstintaq idarəsinin prokuroru, Göygöl (keçmiş Xanlar) rayon prokuroru, Yevlax rayon prokuroru, Sabirabad rayon prokuroru, Bakı hərbi prokurorunun böyük köməkçisi və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı