Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 8-9 oktyabr tarixlərində Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlidən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Zirvəsi (“International Justice Summit Istanbul 2026”) adlı tədbirdə iştirak edib.
30-dan artıq ölkədən ədliyyə nazirlərinin, prokurorların, hakimlərin, hüquq sahəsində ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı Zirvədə müasir dövrdə ədalət mühakiməsi qarşısında duran çağırışlar, hüququn aliliyinin təmin olunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində beynəlxalq humanitar hüququn tətbiqi, kibercinayətkarlıqla mübarizə, süni intellektin hüquq sistemlərinə təsiri, ədalət mühakiməsinin rəqəmsallaşdırılması və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı