Şriftin ölçüsü :
Saytın rəngi :
7 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Vergi sahəsində istintaq və təhqiqat təcrübəsinin aktual aspektləri” mövzusunda distant formada təlim keçirilib.
Tədbirin açılışında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, eyni zamanda Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü Mirəli Kazımov çıxış edərək vergi sahəsində peşəkar bilik və təcrübənin artırılmasında birgə təlimlərin, qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisləri Ramin Camalov və Nigar Qələndərli çıxış edərək vergi sahəsində istintaq və təhqiqat təcrübəsinin aktual məsələlərinin müzakirəsinin, praktikada formalaşmış yanaşmaların bölüşülməsinin və aidiyyəti qurumlar arasında səmərəli qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıblar.
Təlim çərçivəsində Baş Prokurorluğun və Dövlət Vergi Xidmətinin aidiyyəti struktur qurumlarının əməkdaşları tərəfindən vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarətinin həyata keçirilməsi xüsusiyyətləri, vergi nəzarəti tədbirləri zamanı hüquqpozmaların aşkar edilməsi, sənədləşdirilməsi və sübut bazasının formalaşdırılması, vergi cinayətlərinin ibtidai istintaqı zamanı yol verilən səciyyəvi nöqsanlar və onların qarşısının alınması, habelə vergidən yayınma hallarının aşkar edilməsi və riskli vergi ödəyicilərinin müəyyənləşdirilməsində müasir vergi inzibatçılığı alətlərinin tətbiqi ilə bağlı çıxışlar dinlənilib.
Təlim qarşılıqlı fikir və təcrübə mübadiləsi şəraitində davam etdirilib.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı