Şriftin ölçüsü :
Saytın rəngi :
Oktyabrın 7-də Baş Prokurorluqda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyinin “Şahid dindirmə müsabiqəsi”nin təlim mərhələsi keçirilib.
Ölkənin ali təhsil müəssisələrinin hüquq ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi tədbirdə şahidin dindirilməsinin prosessual əsasları, taktiki xüsusiyyətləri və praktiki əhəmiyyəti barədə məlumat verilib, konkret situasiyalar ətrafında müzakirələr aparılıb.
Təlimdə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Anar Mirkişiyev və Baş Prokurorluğunun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov çıxış edərək praktiki təcrübələrini iştirakçılarla bölüşüblər.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı