Şriftin ölçüsü :
Saytın rəngi :
Oktyabrın 6-da Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov Şri-Lanka Respublikasının İtkin düşmüş şəxslər üzrə idarəsinin rəhbəri Maheş Katulanda ilə görüşüb.
Qonağı salamlayan Elmar Camalov Azərbaycan Respublikası Baş Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə xarici dövlətlərin prokurorluq və ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib.
Görüşdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələlərin Azərbaycan üçün xüsusi həssaslıq kəsb etdiyi vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibələri dövründə 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb. Bu istiqamətdə görülən işlərin təqsirkar şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varislərinin hüquqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət daşıdığı bildirilib. Azərbaycanda bu sahədə geniş milli təcrübənin formalaşdığı, eyni zamanda beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verildiyi qeyd olunub.
Bu xüsusda Azərbaycan Respublikası Baş Prokurorluğu ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında 2023-cü ildən formalaşmış səmərəli əməkdaşlıq əlaqələri xatırlanıb. Cari ilin iyunun 29-da Baş prokuror Kamran Əliyevin ICMP-nin Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi, həmçinin 2023-cü ilin yanvarında Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Komissiyanın Haaqa şəhərində yerləşən ofisində görüşlər keçirdiyi və müxtəlif laboratoriyaların fəaliyyəti ilə tanış olduğu diqqətə çatdırılıb.
Sonda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, gələcəkdə sıx və konstruktiv əməkdaşlığın davam etdirilməsində maraqlı olunduğu bildirilib.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı