Şriftin ölçüsü :
Saytın rəngi :
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən cari ilin oktyabrın 2-də Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
“Rəqəmsal inkişaf və müasir çağırışlar: süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik” mövzusu üzrə təlimdə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərovun açılış nitqində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq prioritet istiqamət kimi ölkəmizdə rəqəmsal inkişafın müəyyən edildiyi, artıq bu sahədə bir çox işlərin görüldüyü və layihələrin icra edildiyi vurğulanıb, dövlət qurumlarının fəaliyyətinin rəqəmsal inkişaf tempinə uyğunlaşdırılmasının vacibliyi, Baş prokuror cənab Kamran Əliyevin göstərişi və dəstəyi ilə prokurorluq orqanlarında tətbiq edilən informasiya və kommunikasiya texnologiyalarının daim təkmilləşdirildiyi, müasir avadanlıq və proqramlarla təchiz edildiyi qeyd olunub.
Dinləyici dairəsi tabe rayon (şəhər) və ərazi hərbi prokurorlardan ibarət olan bu tədbir çərçivəsində Baş Prokurorluğun struktur qurumlarının rəhbər işçiləri Aydın Verdiyev, Akif Məmmədyarov və Qədir Məmmədov “Kibercinayətlərin aşkarlanması və araşdırılmasında süni intellektdən istifadənin üstünlükləri: rəqəmsal sübutların hüquqi qiymətləndirilməsi”, “Açıq internet məkanında və sosial şəbəkələrdə mövcud risklər: informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələləri”, eləcə də digər aktual mövzular üzrə çıxış ediblər. Təlimin sonunda maraq doğuran suallar müzakirə edilərək dinləyiciləri arasında təcrübə mübadiləsi aparılıb.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı