Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Dövlət Universitetində Prokurorluq İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib

02.10.2026

1 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə 250-yə yaxın tələbənin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan prokurorluğunun yaranması və inkişaf yolu, hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri, prokuror nəzarəti və prosessual rəhbərlik, eləcə də ibtidai istintaqın xüsusiyyətləri barədə çıxışlar edilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Azərbaycan prokurorluğunun hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri”, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov “Prokuror nəzarəti və prosessual rəhbərlik”, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Xaqani Süleymanlı isə “Azərbaycan Prokurorluğunda ibtidai istintaq” mövzularında çıxış ediblər.

Tədbir zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, prokurorluq orqanlarının fəaliyyəti və prokuror peşəsinin xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.