Şriftin ölçüsü :
Saytın rəngi :
30 sentyabr 2026-cı il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq orqanlarının gənc işçiləri üçün “Prokurorluq orqanlarında etik davranış prinsipləri” mövzusunda distant formada təlim keçirilib.
Yüzdən çox prokurorluq işçisinin iştirak etdiyi təlimin əsas məqsədi xidməti fəaliyyət zamanı etik davranış prinsiplərinə riayət olunması, peşəkar davranış mədəniyyətinin daha da inkişaf etdirilməsi və bu sahədə praktiki biliklərin artırılması olub.
Təlim zamanı prokurorluq işçisinin xidməti və xidmətdənkənar davranışına dair etik tələblər, xidməti münasibətlərdə və vətəndaşlarla ünsiyyət zamanı etik davranış prinsipləri, xidməti intizam, eləcə də ictimai kommunikasiya və sosial mediada etik davranışla bağlı aktual məsələlərə toxunulub.
Təlimin sonunda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı