Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

30.09.2026

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.