Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tələbələr arasında intellektual yarış keçirilib

30.09.2026

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı ilə əlaqədar 28 sentyabr 2026-cı il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında 7 ali təhsil müəssisəsini təmsil edən komandaların iştirakı ilə tələbələr arasında “Qanun tarixi: əsrlərdən keçən ədalət” adlı intellektual yarış təşkil edilib.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışın münsiflər heyətinə Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev sədrlik edib. Münsiflər heyətində Elm-Tədris Mərkəzinin şöbə rəisləri Nigar Qələndərli, Ramin Camalov və Əmir Ocaqverdiyev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, həmçinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev təmsil olunublar.

İntellektual yarışın nəticələrinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası I yerə, Qarabağ Universitetinin komandası II yerə, ADA Universitetinin komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandalar təbrik edilib, iştirakçılara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.