Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 25 sentyabr 2026-cı il tarixdə “Mənimsəmə və qulluq mənafeyi əleyhinə olan cinayət faktları ilə bağlı müraciətlərə baxılmasında vahid təcrübənin formalaşdırılması” mövzusunda prokurorluq işçiləri üçün distant formada təlim keçirilib.
Təlim çərçivəsində mənimsəmə və qulluq mənafeyi əleyhinə olan cinayət faktları ilə bağlı müraciətlərə baxılması və onların araşdırılması zamanı vahid təcrübənin formalaşdırılması prinsipləri, bu kateqoriyadan olan müraciətlərin hüquqi qiymətləndirilməsi, prokuror nəzarətinin həyata keçirilməsi zamanı təcrübədə rast gəlinən məsələlər və yol verilən tipik nöqsanların aradan qaldırılması yolları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, qulluq mənafeyi əleyhinə olan cinayətlərlə bağlı müraciətlərin qəbulu, qeydiyyatı, aidiyyəti üzrə göndərilməsi və icra müddətlərinə nəzarətin təşkili məsələlərinə toxunulub.
Təlimin sonunda mövzular ətrafında müzakirələr aparılıb, təcrübədə qarşıya çıxan məsələlər üzrə fikir mübadiləsi aparılaraq iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı