Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #Cinayətprosessualhüququ #İnsanhüquqları #SülhAylığı - Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi

24.09.2026

Cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir.

Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır.

Cinayət təqibi gedişində heç kəs:

-  insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz;

- insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz;

- ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.