Şriftin ölçüsü :
Saytın rəngi :
Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş 21 avqust–21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” çərçivəsində “Sülhün və təhlükəsizliyin təmin edilməsində ictimai həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşmış yeni reallıqlardan, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsindən və ölkəmizin regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasətindən bəhs edib.
Bildirilib ki, Azərbaycanın beynəlxalq sülh təşəbbüslərində fəal iştirakı davamlı xarakter daşıyır. Azərbaycanın 2026-cı ildə Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması və Şuranın Nizamnaməsinə qoşulması ölkəmizin beynəlxalq sülh təşəbbüslərində fəal iştirakının göstəricilərindən biri kimi qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli çıxış ediblər.
Çıxışlarda ictimai həmrəyliyin və milli birliyin cəmiyyətdə sabitliyin, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığı, dayanıqlı sülhün isə qanunun aliliyinə, insan hüquq və azadlıqlarına hörmətə, qarşılıqlı etimad və həmrəylik mühitinin gücləndirilməsinə əsaslandığı vurğulanıb.
Həmçinin hüquqi maarifləndirmənin və hüquq mədəniyyətinin inkişafının, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasının, eləcə də ictimai həyatda fəal iştirakının sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
#SülhAylığı #PeaceMonth






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı