Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Şirinov Ceyhun Böyükkişi oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.
Ceyhun Şirinov 1986-cı ildən prokurorluq orqanlarında qulluğa başlayaraq, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi, həmin rayon prokurorunun müavini, Gəncə şəhəri Kəpəz rayon prokuroru, Bakı şəhəri Qaradağ rayon və Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifələrində işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı